!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"QHT-lər dövlət və milli maraqların müdafiəsində ön sıradadırlar" - Natəvan Abbaslı

!Reklam – Yazi

“Bildiyiniz kimi, Azərbaycanda xüsusilə 2018-ci ildən başlayaraq yeni mərhələyə daxil olan və ardıcıl surətdə həyata keçirilən köklü islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. Gömrük, vergi, məhkəmə-hüquq sahələrində gerçəkləşdirilən effektli dəyişikliklər, iqtisadi fəaliyyətə mane olan amillərin sürətlə aradan qaldırılması, siyasi münasibətlər sistemində davamlı düşmənliyin konstruktiv əməkdaşlıqla əvəzlənməsi günümüzün müsbət reallığı olaraq xalq tərəfindən də dəstəklənir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı deyib.

Onun sözlərinə görə, təbii ki, ölkənin ictimai sektoru ilə medianın da kənarda qalmadığı bu dəyişikliklər dalğası qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi və faydalılıq əmsalının artmasına da mühüm təkan verib: “Bu dəyişikliklərin nəticəsidir ki, cəmiyyətin uzun müddət ümumi fəaliyyətindən o qədər razı qalmadığı, bəzən mövcudluqları sadəcə beş-on nəfər üçün müxtəlif təlimlərin, seminarların keçirilməsindən o yana getməyən QHT sektoru beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarının müdafiəsində çox aktiv rol oynamaqdadır. Bu keyfiyyət dəyişikliyinin ilkin səbəbi statistik, yaxud da formal adlandırıla biləcək fəaliyyətin real müstəviyə transformasiya, eyni zamanda, ölkənin daxilində və ya xaricində “plan” xatirinə təşkil olunan tədbirlərdən imtina, eləcə də konkret nəticələrə hesablanmış mövzuların geniş auditoriyalara çatdırılma zərurətidir”.

Açıqlamasında bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına da münasibət bildirən N.Abbaslı bunun heç də təsadüfi olmadığını deyib.

Onun sözlərinə görə, ümumiyyətlə son illər ölkə QHT-ləri dövlət və milli maraqların müdafiəsində ön sıradadır. Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirilən aksiya da QHT-lərin milli maraqlardan çıxış etdiklərini bir daha nümayiş etdirdi: “Xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra bir çox QHT-lərin ölkə xaricində başlatdıqları geniş və uzunmüddətli kampaniyalar ictimai sektorun milli maraqların müdafiəsinə yönəlik potensialının nə qədər böyük olduğunu ortaya qoydu, bu imkanlardan vaxtında səmərəli istifadə edilməməsinin doğurduğu fəsadları bir daha ön plana çıxardı. Təbii ki, QHT-lərin yeni dönəmdə fəaliyyətlərinin zirvə nöqtəsi kimi 44 günlük Vətən müharibəsinin gedişində və postmüharibə dövründə görülən miqyaslı işləri qeyd etməliyik. Müharibənin davam etdiyi günlərdə daim Müzəffər Ordumuzun, qalib əsgərimizin yanında olan, onlardan mənəvi-maddi dəstəklərini əsirgəməyən, qələbəyə ruhlandıran, bu zaman dəfələrlə güllə-mərmi yağışına düşən QHT nümayəndələri Böyük Zəfərimizin qazanılmasına bu fəaliyyətləri ilə töhfə verməyə çalışdılar. Bununla məhdudlaşmayan ictimai sektor təmsilçiləri yenə də istər müharibənin davam etdiyi günlərdə, istərsə də sonrakı dönəmdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, apardığı mübarizənin öz ərazi bütövlüyünün bərpasına yönəldiyi və ümumiyyətlə, yalan üzərində qurulan erməni təbliğatının darmadağın edilməsi yönündə son dərəcə aktiv və faydalı işlər gördü”.

Müsahibimiz daha sonra, “Ən əsası, ötən illərdə QHT-lərimizin ümumi olaraq passiv göründüyü vacib beynəlxalq platformalarda iştiraklarını artırmaları, Azərbaycan həqiqətlərini əcnəbilərə öz dillərində çatdırmaları, bununla bağlı praktik təbliğat materiallarını hazırlayaraq yaymaları, müxtəlif tədbirlərdə saxtakarlıq edən erməniləri və onların havadarlarını tutarlı arqumentlərlə susdurmaları ictimai sektor adına çox müsbət dəyişiklikdir. İnanıram ki, bu istiqamətdə görülən işlər nəticəsində QHT-lərin fəaliyyətində effektivlik artacaq və qarşıya qoyulan məqsədlərə nail olunacaq” deyib.

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv