QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilir

media-hightechnic-468x90

скачанные файлы (4)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda iştirak edir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Bildirilib ki, ötən il müxtəlif layihələrin həyata keçirilməsi üçün Şura tərəfindən 386 qeyri-hökumət təşkilatına 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq” kampaniyasına start verilib. 2014-cü ildə bir çox dövlət qurumları ilə də səmərəli əməkdaşlıq həyata keçirilib. Həmçinin “İctimai iştirakçılıq haqqında” Qanunun icrasına başlanılıb.

Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı qısa film nümayiş etdirildi(azərtac).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600