QHT Nabranda ədəbi-bədii gecə keçirib - FOTO

media-hightechnic-468x90

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində NABRANDA ədəbi-bədii gecə keçirib

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin icrasını davam etdirir.

Bir 4 nəfər və mətn şəkili ola bilər

Layihə çərçivəsində növbəti tədbir  ASCO-nun Nabran qəsəbəsində yerləşən “Dənizçi” İstirahət mərkəzində keçirilib.

İstirahət mərkəzində dənizçi şəhid ailələrinin övladları, ailə üzvləri və müharibə iştirakçıları üçün təşkil olunan “Ədəbi-bədii gecə” yaddaqalan olub, fərqliliyi ilə seçilib.

İctimai Birliyin Analitik-İnformasiya şöbəsindən redaksiyamıza verilən məlumata görə ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin tanınmış üzvlərindən, AYB-nin Quba filialının müdiri, Prezident təqaüdçüsü, şair  Ramiz Qusarçaylı, AYB üzvləri – şair Səxavət Ənvəroğlu, Aqşin Dadaşoğlu, Mövlam Şahid, Ayaz Səlimxanoğlu və gənc şair, Prezident mükafatçısı Tural Balabəyli, BSU-nin dosenti, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas alim Fərrux Məmmədov iştirak ediblər.

Bir 4 nəfər şəkili ola bilər

Bir 7 nəfər şəkili ola bilər

İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND-sı idarəsinin gəmi kapitanı, layihənin rəhbəri Faiq Balabəyli tədbirlə bağlı bunları deyib:

“Yüksək səviyyədə baş tutan ədəbi-bədii gecədə ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycanın dövlət himni səsləndirildi. İstirahət mərkəzində keçirilən tədbirdə 100 nəfərdən çox istirahət edən dənizçi şəhidlərin ailə üzvləri  və qazilərimiz iştirak edirdi. Tədbir iştirakçıları şairlərin oxuduqları şeirləri dinlədilər, onlara ədəbiyyat, söz sənəti və müharibənin bədii əsərlərdə necə işlənməsi haqda suallar verdilər. İştirakçılar keçirilən tədbirdən məmnun qaldıqlarını bildirdilər, şairlərlə xatirə şəkilləri çəkdirdilər”.

Tədbir iştirakçılarından Yeganə Həzənzadə, Sevinc Mmedia-img_5005əmmədova, Ağa Məhərrəmli, Ağahüseyn Orucov, “Dənizçi” istirahət mərkəzinin müdiri Cahangir Balakişiyev  tədbirin keçirilməsindən məmnun olduqlarını qeyd ediblər.

Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “DSD” İB-nə, yaradılan şəraitə görə ASCO rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Tural Balabəyli,

“DSD” İB-nin layihələr üzrə analitik

informasiya şöbəsi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa