!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qida sahəsində fəaliyyət göstərən 17 müəssisədə nöqsanlar aşkarlandı

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, iyulun 31-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi, o cümlədən 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 13, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbul ilə bağlı 10, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 5 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında https://afsa.gov.az/az/xeberler/17-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub vasitəsilə məlumat almaq mümkündür.

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv