Qırğızıstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlandı

media-hightechnic-468x90

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib.

Onun sözlərinə görə, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur.

Həmçinin, artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu hotelin tikintisi müzakirə ediləcək.
Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib:

“Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib”, – diplomat bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa