Qiyamətə 1 saniyə daha yaxınlaşdıq

media-hightechnic-468x90

“Qiyamət günü saatı” dünyanın sonuna 89 saniyə qaldığını göstərir.

Yenicag.az xəbər verir ki, 1947-ci ildə nüvə savaşı, iqlim dəyikliyi və digər qlobal təhdidlərə diqqət çəkmək üçün Çikaqo Universitetinin “Nüvə alimlərinin bülleteni” tərəfindən yaradılan simvolik “Qiyamət günü saatı” gecə yarısına 89 saniyə qalmışa çəkilib.

“Nüvə alimlərinin bülleteni”nin sədri Daniel Holtz qeyd edib ki, dünya insanlığa qarşı təhdidlərlə bağlı irəliləyiş əldə etməyib: “Buna görə də saatımızı irəli çəkirik. Saatı gecə yarısına yaxınlaşdıraraq siqnal göndəririk”.

Qeyd edək ki, saat ötən il 90 saniyəyə çəkilmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa