“Qiymətlərinin aşağı düşməsi müşahidə edilir”

media-hightechnic-468x90

vuqarbayramov“Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir”.

Bu barədə açıqlama ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramlı çıxış edib.

V.Bayramlı bildirib ki, Rusiyada rublun məzənnəsinin dönərli valyutalara o cümlədən manata nisbətən aşağı düşməsi qonşu ölkədə nəinki istehsal edilən, o cümlədən başqa dövlətlərdən bir müddət öncə idxal edilən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalmasına səbəb olub: “Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə nəinki yerli iş adamları eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldıq üçün, dollar və manata nisbətən hesabladıqda bu avtomobillərin dəyərinin aşağı düşməsi müşahidə edilməkdədir. Artıq Rusiyadan gətirilən və Avro-4 standartlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşə avtomobillərinin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb. Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi, Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar”(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600