Səhər-səhər üzərinə yağ-pendir çəkərək, ləzzətlə yeyilən qızardılmış çörəyi sevməyən çox az adam tapılar.
Qızardılmış çörəkdə kalorinin az olduğunu düşünənlər isə bu qidanı süfrələrindən əskik etmirlər. Ancaq qızardılmış çörək düşünüldüyü kimi heç də “məsum” deyil.
Yenicag.az xəbər verir ki, aparılan elmi araşdırmalar zamanı tərkibində nişasta olan çörək və kartof kimi məhsulların qızardıldıqdan sonra sağlamlığı ciddi təhlükə yaratdığı müəyyənləşib.
Səbəb isə nişastalı məhsullar qızardılarkən, onlarda xərçəng xəstəliyinə yol açan “akrilamid” adlı kimyəvi maddənin yaranmasıdır.
Mütəxəssislər sağlamlığı qorumaq üçün çörəyi qətiyyən qızartmamağı, kartofu isə qızartmazdan əvvəl ən azı 1 saat suda saxlamağı tövsiyə edirlər.
Firuzə Alimova
www.yenicag.az