Qızıl dəyər itirir – Azərbaycanın bazarı silkələnəcəkmi?

media-hightechnic-468x90

“Avqustun əvvəlində dünya bazarında bir unsiya qızıl 3 300 ABŞ dollarından aşağı qiymətlərlə ticarət olunub və bu, qısamüddətli ucuzlaşma tendensiyasının yaranmasına səbəb olub”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının (AZA) İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib. O, avqustun ilk günlərində qızılın qiymətinin əvvəlki ayla müqayisədə 0,13 faiz azalmasını şərh edərkən ucuzlaşmanın səbəblərinə də aydınlıq gətirib.

media-img_2161

Əmircanovun sözlərinə görə, bu azalmaya əsasən ABŞ və Avropa İttifaqı arasında mümkün ticarət razılaşmasına dair yayılan nikbin gözləntilər, həmçinin ABŞ dollarının digər aparıcı valyutalara nisbətən möhkəmlənməsi təsir edib.

“Bununla belə, sonrakı günlərdə qiymətlərdə sabitləşmə və artım müşahidə olunub. Hazırda qızıl 3 400 ABŞ dollarına yaxın səviyyədə ticarət edilir. Bu vəziyyət qlobal geosiyasi gərginliklər, davam edən inflyasiya təzyiqləri və mərkəzi bankların monetar siyasətinə dair qeyri-müəyyənlik fonunda qızıla olan tələbatın yüksək olaraq qaldığını göstərir. Qısa və orta müddətdə qiymət dinamikası dalğavari olsa da, sabitləşməyə meyilli qalacağı proqnozlaşdırılır. ABŞ-ın faiz siyasəti və beynəlxalq risk amilləri bu prosesdə həlledici rol oynaya bilər”, – ekspert vurğulayıb.

media-img_2161

Rövşən Əmircanov qızıl bazarındakı dəyişikliklərin Azərbaycanın daxili bazarına təsirlərinə də diqqət çəkib:

“Qızılın beynəlxalq bazarlardakı qiymətində baş verən dəyişikliklər Azərbaycanın daxili bazarına da birbaşa təsir edir. Qlobal qiymət dalğalanmaları həm istehsal və idxal olunan zərgərlik məhsullarının maya dəyərinə, həm də satış qiymətlərinə əks olunur. Qızılın ucuzlaşması istehlakçılar üçün daha əlverişli qiymətlər yaratsa da, bazarda gözləmə mövqeyini gücləndirə bilər. Alıcılar qiymətlərin daha da enəcəyini düşündükləri halda alış qərarlarını təxirə sala bilərlər ki, bu da qısamüddətli dövrdə satışlarda durğunluğa səbəb ola bilər”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa