Qızılın qiyməti tarixdə ilk dəfə 4300 dollar həddini keçdi

media-hightechnic-468x90

Nyu-York əmtəə birjasının bölməsi olan Comexdə qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Yenicag.az xəbər verir ki, 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın qiyməti bir troy unsiyası üçün 4300 dolları keçib.

Qiymətli metalın dəyəri 2,47% artaraq 4305,3 dollar/unsiya olub. Daha sonra artım tempi bir qədər zəifləyib və qiymət 2,35% artımla 4300,3 dollar/unsiya səviyyəsində qərarlaşıb.

Bu ilin əvvəlindən etibarən qızıl 59,19%, oktyabrın əvvəlindən isə 8,02% bahalaşıb.

Eyni zamanda, Comex birjasında 2025-ci ilin dekabr tədarükü üçün gümüş fyuçerslərinin qiyməti 3,8% artaraq bir troy unsiyası üçün 53,33 dollara yüksəlib./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa