“Qızılın qiyməti rekord həddədir. Dünya bazarında qızılın qiyməti artdıqca Azərbaycan bazarına da təsirini göstərir. Artıq qiymətlərdə 15-20 faiz artım var. Dünyada qızılıq artım trendi hələ bir müddət davam edəcək”.
Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiymətinin 0,29% artaraq 2 650,3 ABŞ dollarına bərabər olması fonunda qiymətlər artıb.
Ekspert “bahalaşma nə vaxta qədər davam edəcək və bunun Azərbaycan qızıl bazarına təsirləri özünü necə göstərəcək?” sualını da cavablandırıb.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov
www.yenicag.az