Qlobal güc savaşında YENİ MƏRHƏLƏ: "Avropa İttifaqının ABŞ ilə münasibətdə..."

media-hightechnic-468x90

“Gömrük rüsumlarının artırılması və tariflərin yenidən nəzərdən keçirilməsi məhz Avropa İttifaqı-ABŞ münasibətlərində qarşıdurmaya səbəb olan ən əsas məqamlardan birinə çevrilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-image_660x441_658c0d219991f

ABŞ-nin yeni administrasiyasının dünya ölkələrinə rüsumlarla bağlı qəbul etdiyi qərarlara Avropa İttifaqının (Aİ) qarşılıq verməsini şərh edən analitik qeyd edib ki, Vaşinqtonun bu qərarı dünya ölkələrinin narahatlığına səbəb olub:

“Donald Tramp administrasiyası hakimiyyətə gəldiyi ilk gündən etibarən qəbul etdiyi qərarlarla kifayət qədər müzakirələrə səbəb olub. Son günlərdə qəbul etdiyi rüsumlarla bağlı qərar həm Avropanın, həm də qlobal sistemin ən önəmli aktorlarının narazılığına səbəb olan məqamlardan biri idi. İlkin mərhələdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda Avropanın masadan qovulması və demək olar ki, diskvalifikasiya edilməsi proseslər arasında ən çox gərginliyə səbəb olan məqamlardan biri idi”.

A. Qurbanova həmçinin əlavə edib ki, bu qərar həm də Aİ-ABŞ münasibətlərində münaqişə yaranmasına səbəb olub:

“Bundan başqa, rüsumlarla bağlı qərarlar, gömrük rüsumlarının artırılması və tariflərin yenidən nəzərdən keçirilməsi məhz Avropa İttifaqı-ABŞ münasibətlərində qarşıdurmaya səbəb olan ən əsas məqamlardan birinə çevrilib. Bu sadəcə Avropa İttifaqı-ABŞ münasibətlərində deyil, eyni zamanda, Çin-ABŞ, Tayvan-ABŞ və Amerikanın bütün dövlətlərlə olan münasibətlərində gərginlik yaradacaq məqamlardan biridir ki, heç şübhəsiz bu qlobal iqtisadi münasibətlərə də mənfi təsirini mütləq şəkildə büruzə verəcək”.

“Artıq adekvat şəkildə Avropa İttifaqının da ABŞ ilə münasibətdə qərarların qəbul edilməsi halını da müşahidə edə bilirik ki, bu iqtisadi mübarizə mütləq şəkildə siyasi, hərbi və bir çox strateji istiqamətlərdə olan əlaqələrdə də böhrana səbəb olacaq. Bu, əslində, bir növ yeni formalaşan dünya nizamında təsir dairəsi uğrunda olan mübarizə və qlobal güclərin öz rolunu artırmaq uğrunda mübarizənin təzahürü kimi də qiymətləndirilə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600