!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal maliyyə şəbəkələri Trampa qarşı – Harris rəy sorğularında rəqibini keçdi

!Reklam – Yazi

 

“Donald Trampın hakimiyyətə gəlməsini ABŞ-də hər kəs istəmir” Bu ölkədə qlobal maliyyə şəbəkələri də mövcuddur ki, məhz bunlar da Trampın hakimiyyətə gəlməsini istəmirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Siyasi təhlilçi ABŞ-dəki prezident seçkilərindən, habelə demokratların vahid namizədi Kamala Harrisin rəy sorğularında respublikaçı opponenti Donlad Trampı keçməsindən söz açıb. N. Miriyə görə, ABŞ cəmiyyətinin özündə də bu məsələdə parçalanma mövcuddur: “Bu gün demokratlar, xüsusilə də Kamala Harris daha çox qadınlar və qaradərili insanların səsinə güvənir.

Çünki Trampın qadınlara münasibəti və qadınlarla bağlı onun tez-tez məhkəməyə cəlb olunması kimi hadisələr var. Hətta zaman-zaman onu müəyyən təbəqələr qadın düşməni kimi də təqdim edirlər. Eyni zamanda, Trampın hakimiyyəti dönəmində qaradərili insanların hər gün küçədə öldürülməsi hadisəsi baş verirdi. Bu olayların önündə gedən əsas məsələlərdən biri də bu idi ki, qaradərili amerikalıları qətlə yetirənlər ağdərili ABŞ polisləri idi.

Bu gün bu amilləri Trampın əleyhinə ciddi şəkildə istifadə etmək istəyirlər. Ona görə də Tramp sadəcə olaraq qona Co Baydenin fonunda daha çox cəlbedici görünürdü. Lakin Trampın birmənalı olaraq amerikan cəmiyyətində qəbul olunması ilə bağlı, əlbəttə ki, mütləqiyyət yoxdur”. Onun sözlərinə görə, ayrıca, Trampın daha çox boğazdan yuxarı verdiyi bəyanatlar müəyyən mənada cəlbedici olsa da, bunların arxasında reallıq dayanmır: “Yəni 1 gün ərzində Rusiya-Ukrayna müharibəsini bitirəcəyəm kimi açıqlamalar, təbii ki, ciddi qəbul oluna bilməz.

Ona görə də Trampın əleyhinə olan insanlar bu gün onun seçilməməsi üçün demək olar ki, hər cür fəaliyyətə baş vurmağa hazırdırlar. Bu məqamdan da demokratlar istifadə etmək istəyir. Yəni qoca Baydenin alternativi kimi Harris daha cəlbedici görünür. Eləcə də sabiq prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton da ciddi şəkildə Harrisi dəsətkləyirlər”.

“Paralel olaraq, çox ciddi maliyyə şəbəkələri də mövcuddur ki, bu şəbəkələr Baydenin namizədliyi dövründə ona vermədiyi maliyyə yardımlarını bu gün Harris üçün çox rahatlıqla xərcləmək istəyirlər. Ən azından, bir neçə gün ərzində 100 milyonlarla dollar ianələrin yığılması bu faktı bir daha doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün Tramp seçki kampaniyasında cəmiyyət içində daha çox qorxu sindromuna oynayır.

Guya Harris gəlsə, Üçüncü Dünya müharibəsi başlayacaq, yaxud ABŞ üçüncü sinif ölkəyə çevriləcək kimi bu cür qorxu sindromuna oynayırlar”, – deyə o, əlavə edib. Siyasi təhlilçiyə görə, bu gün sosioloji sorğulara o qədər də güvənmək lazım deyil, çünki ABŞ-də hər şey alınır və satılır: “Ona görə də bu rəqəmlər nisbi olaraq qəbul oluna bilər. Lakin Harrisin Baydenə nisbətdə Tramp qarşısında daha ciddi siyasi fiqur olduğunu deyə bilərik. Burada bir məsələni də unutmamalıyıq ki, Harris vitse-prezident olmamışdan öncə prokurordur.

Əgər Harrislə Trampın teledebatı olarsa, hüquqi cəhətdən prokuror Harris Trampı ittiham edəcək bir çox məsələləri ortaya çıxara bilər. Ancaq hər bir halda, bu debat olarsa, seçkinin nəticələrinə ciddi təsir edəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv