!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal pandemiya fonunda yaşlı məhbusların əfvi: İlham Əliyev fərqi – Bizim şərh

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Dünyada tüğyan edən koronavirus epidemisiyasının yaratdığı bir sıra problemlər və insanların həyatlarının təhlükə altında olmasının fonunda, cəzaçəkmə müəssisələrində saxlanılan vətəndaşların da bu bəladan sığortalanması üçün prezidentin imzaladığı əfv fərmanı istimaiyyət tərəfindən böyük alqışla qarşılanıb.

Qeyd edək ki, sərəncam əsasən yaşlılara şamil olunub. Əfv olunanların böyük əksəriyyəti koronavirusa görə risk qrupuna aid olan məhbuslardır. Onların əksəriyyətinin bir çox xroniki xəstliklərdən əziyyət çəkdiyi və mütəmadi həkim nəzarətində olduğu bildirilir. Həmin şəxslərin yaxınlarının Azərbaycan prezidentinə ünvanlanmış və sosial şəbəkələrdə yayımlanan təşəkkür mesajı minlərlə insanı duyğulandırıb. Onlar yaşlı, xəstə yaxınlarının səhhətinin nəzərə alınaraq əfv olunmasını dövlət başçısı tərəfindən atılan ən böyük humanist addım kimi qiymətləndirir və ona dərin, ən ülvi şükranlarını çatdırırlar.

Təbii ki, əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub.

Hazırkı əfv fərmanı cəmiyyətin bütün təbəqələri tərəfindən Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü kimi qiymətləndirilir. Artıq illərdir cəzalarının böyük bir hissəsini çəkmiş, yaşı 64-dən yuxarı olan məhbusların ömürlərinin geridə qalan hissəsini öz ailələrinin içərisində keçirmələri üçün onlara bu inkanı verən ölkə başçısı həm onların özlərinə, həm də minlərlə yaxınlarına hədsiz sevinc və xoşbəxtlik bəxş edib. Belə bir çətin məqamda prezidentin həbsdə olan yaşlı və xəstə vətəndaşları yaddan çıxarmaması, ölkəmizdə onların taleyinə biganə qalınmaması hazırkı üsul-idarənin humanizm, insan hüquqları, vətəndaş haqları prinsipləri üzərində qurulduğunun bariz nümunəsidir. Bu isə onu göstərir ki, kimliyindən və harada olmasından asılı olmayaraq hər bir vətəndaşın taleyi Azərbaycan dövlətinin diqqət mərkəzindədir və ölkədə hakimiyyət-xalq vəhdəti qırılmazdır. Bütün bu addımlarla ölkə başçısı bir daha Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğunu dünyaya bəyan edir və nəyin bahasına olursa olsun, Azərbaycanın bu yoldan dönməyəcəyini, hər bir vətəndaşını göz-bəbəyi kimi qoruyacağını qətiyyətlə bildirir.

Xatırladırıq ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv