Qohumunu öldürən şəxsə 17 il həbs cəzası verildi-Bakıda

media-hightechnic-468x90

imagesBakıda qohumunu öldürən şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl keçən il oktyabrın 3-də Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində uzaq qohumu Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.
A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600