!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşular Azərbaycanla niyə hesablaşmır? - "... gürcülər azərbaycanlılara qarşı ehtiyatlı addımlar atardılar"

!Reklam – Yazi

Ermənistan blokadadan çıxarılır.

Rusiya və Gürcüstan “Gömrük idarətməsi və ticarətdə monitorinqin mexanizmləri haqqında” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir.

Rusiya XİN müavini Qriqori Karasin yaxın iki-üç ildə layihənin icrasına başlanılacağını deyib. Layihənin icrası Ermənistanın Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmasına və faktiki olaraq, onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

Bundan əlavə, Gürcüstanın Axalkalaki vilayətində erməni terrorçu Mixail Avaqyana büst qoyulması Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub. Buna cavab olaraq Azərbaycan tərəfi Gürcüstana ixrac edilən qazın qiymətini martın 1-dən etibarən artıracağını bildirib. Beləliklə, Rusiya Azərbaycan və Ermənistan arasındakı problemi Cənubi Qafqazda yeni iqtisadi müharibəyə çevirməyi bacardı.

Sözügedən hadisələr fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin hansı addım atacağı maraqla gözlənilir.

Yaranmış vəziyyəti Yenicag.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, uzun zamandır o yol bağlı idi:

“Qışda o yol demək olar ki, bağlı olur. Bir müddət Gürcüstan öz mövqeyini orada sərtləşdirdi. Ermənistana gələn taxılın oradan buraxılması qadağan edildi. Bu da böyük səs-küyə səbəb oldu. Ermənistan tərəfi bu durumun aradan qalxmasını istəyirdi. Paşinyan hakimiyyətə gəldikdən sonra ilk səfərini Gürcüstana etdi. Ancaq istədiyinə tam nail ola bilmirdi. Çünki orada bir məhdudiyyət var idi. Hazırda müqavilə ilə bu məhdudiyyət aradan qalxacaq. Burada Gürcüstanın da maraqları var. Belə ki, Gürcüstanın şərab məhsullarının Rusiyaya daşınması o yol vasitəsi ilə həyata keçiriləcək. Quru yolla Ermənistanın Rusiyaya mal daşıması baha başa gəlir. Bu müqavilədə həm Gürcüstanın, həm Ermənistanın, həm də Rusiyanın mənafeyi var. Rəsmi Tiflislə rəsmi Moskvanın münasibətlərinin çox kəskin olmasına baxmayaraq, Gürcüstan öz məhsullarını satmaq naminə bu yola əl atdı”.

Ermənistanın blokadadan çıxmasına Azərbaycan diplomatiyasının verəcəyi cavaba gəldikdə isə İlham İsmayıl qeyd edib ki, Azərbaycan diplomatiyası perspektivə baxmır:

“Azərbaycan diplomatiyası maraqların təmin olunmasına diqqət yetirir. Söhbət siyasi, milli yox, maddi maraqdan gedir. Gürcüstan suveren dövlətdir, öz maraqları daxilində addımlar atır. Ancaq onu elə fakt qarşısında qoymaq olar ki, səndən aldığı ilə öz mənafeyini elə təmin etsin ki, bu, digərinə blok qoymağa şərait yaratsın. Biz də bunu Gürcüstan üçün kifayət qədər təmin edirik. İstər SOCAR-ın xətti ilə, istərsə də yükdaşımalarla. Azərbaycan Gürcüstandan keçən neft kəməri üçün daşınma faizi ödəyir. Gürcülərlə diplomatik danışıqlar zamanı bütün bunlar onlara çatdırılmalı və nəzərə alınmalıdır. Gürcüstana münasibətdə daim o cür diplomatik tarazlığı saxlamaq lazımdır. Münasibətlər maddi maraq üzərində qurulanda, düşmən də öz işini görür. İranla münasibətlərdə də Azərbaycan tərəfi nisbətən diplomatik zəiflik göstərir. Dağlıq Qarabağda yaşayan əhalinin bütün təlabatları İran hesabına təmin edilir. Hər dəfə belə məsələləri arxa plana atdıqca düşmən güclənir. Qonşular Azərbaycanla hesablaşmır, bu isə bizim düşmənimiz üçün geniş şərait yaradır”.

Gürcüstanda yaşayan azərbaycanlıların təşkilatlanmasının SSRİ dönəmindən olmadığını deyən İlham İsmayıl bildirib ki, müstəqillik dönəmində axınla köç var idi:

“Təşkilatlanma yenə də yoxdur. Azərbaycanlılar Gürcüstandakı demokratiyadan istifadə edib bir neçə deputat mandatı alıblar. O deputatların da fəaliyyəti biz arzuladığımız kimi deyil. Təəssüf ki, bu məsələdə də Azərbaycan tərəfinin günahı var. Azərbaycanın istər diplomatik, istər xüsusi xidmət, istərsə də dövlət proqramları olmalıdır. Azərbaycanın gizli proqramları da olmalı və ciddi təşkilatlanma aparılmalı idi. İstənilən vaxt bu təşkilatlanma özünü büruzə verməli idi. Bu zaman gürcülər azərbaycanlılara qarşı ehtiyatlı addımlar atardılar”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv