Miri Yusif doğum gününü kimsəsiz uşaqlarla keçirdi - FOTO

media-hightechnic-468x90

 

Xalq artisti Miri Yusif doğum gününü kimsəsiz uşaqlarla keçirib.

Yenicag.az xəbər verir ki, sənətçi “Ümid Yeri” Uşaq Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla bir araya gələrək unudulmaz bir gün yaşayıb
Tədbir zamanı Miri Yusif öncə uşaqlarla birlikdə nahar süfrəsi arxasında əyləşib, onlarla səmimi söhbət edib, arzularını və gələcəyə dair istəklərini dinləyib. Sığınacağın sakinləri üçün xüsusi təşkil olunmuş şənlikdə sənətçi uşaqlarla oyunlar oynayıb, onlara maraqlı anlar bəxş edib.

Daha sonra o, sevilən mahnılarını ifa edərək uşaqlara əsl bayram ovqatı yaradıb. Doğum günü tortunu uşaqlarla birlikdə kəsən Xalq artisti uşaqlara hədiyyələr təqdim edib.

Miri Yusif bildirib ki, bu cür xeyirxah tədbirlər onun üçün adi doğum günündən daha dəyərlidir:

“Ən gözəl hədiyyə bu uşaqların təbəssümüdür. Mən istəyirəm ki, hər kəs imkan daxilində belə uşaqlara sevgi və diqqət göstərsin. Onların da qayğıya, istilığa və ümidə ehtiyacı var.”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa