Azərbaycan 5 iyulda daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi, paytaxt Bakı dünyanın çoxsaylı ölkələrinin diqqət mərkəzində oldu.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən nazirlər görüşündəki çıxışında Azərbaycana yüksək beynəlxalq etimaddan bəhs etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.
Mövzu ilə bağlı TRT Arabia kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirləri toplantısında səslənən fikirlər və qəbul edilən qərarlar barədə danışıb./editor
www.yenicag.az