Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qrip zamanı qızdırmanı aşağı salmaq ölümə səbəb olur - Həkimlərdən SOS

Qrip zamanı qızdırmanı aşağı salmaq sağalmaya mane olur.

Kanadalı alimlərin tədqiqatı göstərib ki, qrip zamanı hərarətin süni şəkildə aşağı salınması xəstəliyin daha da uzanmasına da səbəb olur.

Elmi mütəxəssislər etiraf edirlər ki, xəstəliyə səbəb qripin yüksəkyoluxucu yeni ştamı olduğu halda hərarətin aşağı salınması daha təhlükəlidir.

Hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.

Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.

“Hərarətin süni şəkildə aşağı salınması əlavə infeksiyaların yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarır”, – deyə tədqiqatın müəllifləri bildiriblər./AZƏRTAC/

Loading...

www.yenicag.az

2518
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100