Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var.
Yenicag.az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
H.Hacıyev bildirib: “Biz 1988-ci il Sumqayıt hadisələrinin yalançı təbliğatının şahidi olmuşuq. Sumqayıtda cinayət törədilib, lakin onu törədənlər cəzadan yayınıblar. Qəribədir ki, Ermənistanda heç kim, hətta diaspora Eduard Qriqoryanın yerini bilə- bilə ona suallar verməyib. Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var”.