!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qüds məsələsində həmrəylik nümayiş etdirildi” – Nazirlərin üçtərəfli görüşünə reaksiya

!Reklam – Yazi

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə adları çəkilən ölkələrin xarici siyasət idarəsi rəhbərlərinin 5-ci üçtərəfli görüşü keçirilib.

Məlumata görə, nazirlərin görüşündə üç ölkə arasında əməkdaşlığın perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.

Nazirlərin görüşünü Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə bu təmasların intensivləşməsinin üç ölkə arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini deyib:

“Bütün aspektlərdən baxanda, Azərbaycan, Türkiyə və İran bu coğrafiyanın ən mühüm ölkələri hesab olunurlar. Ona görə də bu üçlüyün münasibətlərinin daha da möhkəmlənməsi, xarici siyasətdə mövqelərinin yaxınlaşdırılması, siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsi çox arzuolunandır. Bu ölkələrin ortaq mövqedə dayanmaları üçün istər tarixi, istərsə də müasir şərtlər mövcuddur.

Təbii ki, bu çərçivədə Azərbaycan-Türkiyə münasibətləri daha çox qabarır və bunun da səbəbləri məlumdur. Ölkələrimiz arasında bütün sahələri əhatə edən çox dərin münasibətlər, sıx əməkdaşlıq mövcuddur. Ancaq hesab edirəm ki, hazırda münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan hələ də tam istifadə olunmur.
Azərbaycanın İranla münasibətlərində zaman-zaman müəyyən qabarıb-çəkilmələr olsa da, əlaqələrdə sabitlik var. O baxımdan, əlaqələrin genişləndirilməsi üçün yaranan imkanlardan istifadə olunması istiqamətində təşəbbüslər müsbət qarşılanmalıdır.

Türkiyə ilə İranın münasibətlərinə gəldikdə, hazırda Tehranın qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğu görünür. Yəni İran Türkiyənin iqtisadi, o cümlədən də hərbi potensialını nəzərə alaraq, əməkdaşlığı gücləndirməyə çalışır. Eyni zamanda, Tehran düşdüyü beynəlxalq təcrid vəziyyətini Türkiyə vasitəsilə yüngülləşdirməyi düşünür.

Ancaq Türkiyənin İrana münasibətində müəyyən ehtiyatlılıq müşahidə edilir. Bunun həm tarixi, həm də indiki vəziyyətdən qaynaqlanan səbəbləri var. Bilirsiz ki, Türkiyə də, İran da tarixin böyük imperiyalarından olublar və aralarında çoxsaylı müharibələr baş verib. O səbəbdən, hazırda münasibətlərdə ehtiyatlı yanaşmaya üstünlük verilir.
Digər tərəfdən, unutmayaq ki, dövlətlərin siyasəti maraqlar üzərində qurulur və münasibətlər də o maraqlar əsasında tənzimlənir.

Bununla belə, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin bu görüşü müsbət qiymətləndirilməlidir. Belə təmaslar ölkələr arasında qarşılıqlı etimadı gücləndirir və əməkdaşlıq imkanlarını genişləndirir”.

Politoloqun fikrincə, nazirlərin görüşündə Qüdslə bağlı ortaq mövqenin ifadə olunması təəccüblü deyil:

“Bu ölkələrin İsraillə münasibətləri bir-birindən ciddi fərqlənir. Lakin tərəflər Qüds məsələsində həmrəylik nümayiş etdiriblər və bu da təbii qarşılanmalıdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

2029
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv