Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"

media-hightechnic-468x90

“Ferentsvaroş” çox təhlükəli rəqibdir.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

“Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. “Ferentsvaroş” çox təhlükəli rəqibdir.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa