!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qurban Qurbanov kimi böyüyüm, dostum var" - Rəşad Sadıqov

!Reklam – Yazi

UEFA Gənclər Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası səfərdə “Roma”lı həmyaşıdlarıyla qarşılaşıb.
Oyun İtaliya klubunun 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qarşılaşmadan sonra “Qarabağ”ın gənclər komandasının baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– Qrupda son oyunumuz idi. Növbəti mərhələyə çıxmaq şanslarımız qalmamışdı. İstəyirdik ki, bu mərhələni yaxşıı nəticəylə başa vuraq. Nəsə alındı, nəsə alınmadı. Yaxşı nəticəyə ümid edirdik. Təəssüf ki, istəyimizə çatmadıq.

– Qrup mərhələsində keçirdiyiniz 6 oyunu dəyərələndirərdiniz…
– Komandada təcrübə çatışmazlığı vardır. Futbolçular ustalıq sarıdan da axsayırdılar. Deyim ki, hər bir oyunda qırılma anı oldu. Hər bir oyundan daha yaxşı nəticəylə ayrıla bilərdik. Lakin əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Rəqiblər isə belə fürsətlərdən daha yaxşı yararlandılar. Komanda turnirin başlanmasına 2-3 həftə qalmış yığıldı. Vaxt azlığı və futbolcuların təcrübəsizliyi özünü nəticələrdə göstərdi.

– Bu heyətdən “Qarabağ”ın əsas komandasına futbolçu cəlb oluna bilərmi?
– Bu barədə qərarı Qurban müəllim verir. Bu heyətdən 2-3 nəfərin əsas komandaya cəlb oluna biləcəyini düşünürəm.

– Komandanın hücumcusu Yaroslav Deda necə?
– Qurban müəllim komandanın bütün məşq və oyunlarını yaxından izləyir. Mən də baş məşqçimizə müəyyən məlumatlar vermişəm. Dedanı yaxşı tanıyır. Fikrimcə, o, öz üzərində bir qədər də işləməlidir.

– Baş məşqçi kimi komandada hansı perspektivlər görürsünüz?
– Komandada 16 yaşdan 19-a kimi futbolcular var. Bu uşaqları kollektiv surətdə bir yerə kimi daşımaq mümkündür. Onların hər birinin gələcəyi öz əllərindədir. Futbolçular öz üzərilərində daha çox işləməli və peşəkarlıqlarını artırmalıdırlar. Bu gün Avropanın sayılıb-seçilən klublarının bazalarına gedəndə onlardan geri qaldığımızın fərqinə varırıq. Neçə ildir futbolun içindəyəm. 1994-cü ildən bu yana uşaq liqalarında ildən-ilə geriləmənin getdiyinin şahidi oluram. Qlobal tədbirlər görülməsə, bu proses davam edəcək. Akademiyalarda futbolcularla iş daha yaxşı qurulmalıdır. Avropalı gənclər bəzən oyunların nəticəsini adi bir hərəkətlə dəyişə bilirlər. Bizdə akademiyalarda isə belə xırda görünə biləcək şeylərə fikir verilmir. Uşaqlara daha çox vaxt ayrılmalı, onlarla daha detallı şəkildə işləmək lazımdır. Elə mövqelər var ki, getdikcə orada oynaya biləcək futbolçuların “nəsilləri kəsilir”. Məsələn, mərkəz müdafiəçilərini göstərmək olar. Bu mövqedə oynayan futbolcuların hamısında hansısa çatışmazlıq var. Akademiyalarda olan problemləri aradan qaldırmaqla futbolumuzu daha irəli apara bilərik.

– Baş məşqçi kimi bu komandayla davam etməyi düşünürsünüz, yoxsa hansısa aşağı yaş qrupu millini çalışdırmağınız mümkündür?
– Qurban Qurbanov kimi böyüyüm, dostum var. Hansı komandanı məsləhət bilsə, orada işləməyə hazıram. Bu komandanı götürəndə çoxları məni qınadı. Üzərimdə işləməyi xoşlayan birisiyəm. Bu komandayla böyük təcrübə qazanıram. İşlədiyim komandadan asılı olmayaraq, futbolumuza xeyir verməyə çalışıram.

– “Qarabağ”ın aşağı yaş qruplarında əsas komandanın oyun sistemi tətbiq olunur?
– Əsasən U-19 və əvəzedicilərdə əsas komandanın sistemini tətbiq etməyə çalışırıq. Daha aşağı yaş qruplarında isə məqsədimiz uşaqlara düzgün futbol oynamasını öyrətməkdir. Özüm də daxil olmaqla bir çox məşqçilər Qurban müəllimin oyun fəlsəfəsinə üstünlük verirlər. Bu turnirə gəlincə, bir çox taktiki gedişlərdən istifadə etdik. Bu da futbolcuların müxtəlif sistemlərə uygunlaşmasına hesablanmışdı. Çempionlar Liqası fərqli bir turnirdir. Millilərimizin və komandalarımızın bu səviyyədə turnirlərdə tez-tez iştirak etməsini çox istərdim.

COP29

www.yenicag.az

3701
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv