Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi

media-hightechnic-468x90

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə (Bolqarıstan) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu şərh edib.

Yenicag.az xəbər verir ki, mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında matçı belə dəyərləndirib:

“Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. “Ludoqorets”in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq.

“Ludoqorets”in ən üstün cəhəti standart vəziyyətlərdir. Bundan maksimum istifadə etdilər. Düzdür, buna da hazırlaşmışdıq. Qapıçı məsələsi ilə bağlı danışıqlar gedir. Hələ istəyimizə çatmamışıq. Buntiçin oyuna qoşulmaları yaxşı idi. Səfərdə daha yaxşı oynamağa çalışacağıq”.

“Ludoqorets” və “Qarabağ” arasındakı cavab görüşü avqustun 13-də “Ludoqorets Arena”da gerçəkləşəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa