!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurbanov ötən gün öldürülən Mehmanı niyə işdən çıxarmışdı?

!Reklam – Yazi

Ötən gün oğlu tərəfindən öldürülən 52 yaşlı Mehman Əhmədov barədə yeni faktlar məlum olub.

Yenicag.az Yenisabah.az-a istinadən xəbər verir ki, M.Əhmədovun indiyə kimi müxtəlif vəzifələrdə çalışdığı bildirilib.

Məlumata görə, onun sonuncu iş yeri Azərbaycan Dəmir Yolları QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi Azərbaycan Dəmir Yolları QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin departamentdə təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə Azərbaycan Dəmir Yolları QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.

Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.

Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.

COP29

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv