Quru əməliyyatı SSENARİSİ: İraq təcrübəsi İranda TƏKRARLANACAQ?

media-hightechnic-468x90

“Belə bir addım ABŞ və İsrailin də çoxlu sayda insani tələfat verməsi ilə nəticələnə bilər”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Nadir Şəfiyev hesab edir ki, ABŞ-nin keçirdiyi bu əməliyyatı məqsədləri ilə müqayisə edəndə uğursuz sayıla bilər:

media-nadirsefiyev1

“İranın uranın zənginləşdirilməsi ilə bağlı vəziyyəti kifayət qədər müəmmalıdır. Əgər onun saxladıldığı konteynerlər vurulsaydı, bölgədəki radiasiya fonu dəyişilərdi ki, bu müşahidə olunmayıb. Deməli, uran ehtiyyatlarının obyektlərdən çıxarılması haqqında məlumatlar həqiqət ola bilər”.

Onun fikrincə, digər tərəfdən, “Fordo”da əsas obyektlərin təqribən 800 metr dərinlikdə yerləşdiyi barədə məlumatlar var:

“ABŞ isə oraya 12 bomba atıb, onların da hər birinin təqribən 60 metr dərinliyə nüfuz etdiyi bildirilir. Belə olan halda, onlar hətta eyni nöqtəyə düşdüyü və tam dağıdıcı effekt əldə olunduğu halda 720 metrədən artıq yeri dələ bilməzdi. Odur ki, məsələ ilə bağlı müəmmalar çoxdur”.

“ABŞ İraqa etdiyi kimi İrana qarşı da quru əməliyyat apara bilərmi” sualına isə N. Şəfiyev belə cavab verib:

“Bu inandırıcı görünmür. Əvvəla İran İraqdan qat-qat daha güclüdür. İkincisi, İrana qarşı döyüşmək üçün rəsmi beynəlxalq koalisiya toplanmayıb. İraqa qarşı isə belə hal mövcud idi. Üçüncüsü, İrana müdafiə edəcək qüvvələr var ki, onların hansı addımlar atacağı hələ məlum deyil. Nəhayət, dördüncüsü, belə bir addım ABŞ və İsrailin də çoxlu sayda insani tələfat verməsi ilə nəticələnə bilər ki, bunu nə yəhudi dövlətinin, nə də ABŞ-nin rəhbərliyi gözardına ala bilməz. Belə əməliyyatların başlanması yalnız İranın hərbi cəhətdən tam məhv edilməsindən sonra mümkün ola bilər ki, bu da hələ ki inandırıcı görünmür”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600