Qusarda tapança satmaq istəyən şəxs saxlanıldı - FOTO

media-hightechnic-468x90

Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib. Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600