Qusardakı qəzada ölənlərin kimliyi BİLİNDİ: Məşhur polkovnikin ailə üzvləridir - FOTO
Xəbər verdiyimiz kimi, Qusqrda aöır qəza baş verib. Qəza zamanı tanınmış Ramaldanovlar ailəsinin iki üzvü ölüb.
Yenicag.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, Ramaldanovlar ailəsinin üzvlərinə məxsus avtomobil Qusar rayonunun Yuxarı Ləgər kəndi ərazisində qəzaya uğrayıb. Nəticədə Ramaldov qardaşlarından biri, polkovnik Elman Ramaldovun 36 yaşlı qızı Tamilla Ramaldanova və ailəyə yaxın olan 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Ailənin daha 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mərhumların nəşinin gecə saatlarında Bakıya gətiriləcəyi, sabah isə paytaxtda dəfn olunacağı bildirilib.
Qeyd edək ki, Eldar Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim–tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun qardaşıdır.













