!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarlı sahibkarlar prezidentə müraciət etdi: Bizi xilas edin

!Reklam – Yazi

Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlar ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Sahibkarlar öz müraciətlərində bildirirlər ki,  Qusarda bir qrup məmur tərəfində təhdid edilirlər.

image-img_4827

Sahibkarlar konkret olaraq  rayonun icra başçısı Sahir  Məmmədxanov eyni zamanda Rüfət Gəhrəmanov və ona yaxın şəxslər tərəfindən təhdid edildiklərini iddia edirlər. Sahibkarların verdiyi məlumata görə bir neçə gündür onların mülkiyyətində olan iaşə obyeklərinə verilən su, qaz və enerji dayandırılıb. Sahibkarlar ölkə prezidentinə müraciətlərində Rüfət Gəhrəmanovun    Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsində işlədiyi, amma hansı vəzifəni tutduğu məlum deyil. Niyə məhs bu şəxsə İcra Bacşısı bu işi həvalə edib?

image-f5244ce2-8b2e-4d80-bfa5-4c22b06edd57

(Rüfət Gəhrəmanov)

Sahibkarların ölkə başçısına ünvanladığı və imdad dilədikləri müraciətlərini təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikası Prezidentinin
Sosial-iqtisadi məsələlər üzrə köməkçisi
cənab Xalid Əhədova

Azərbaycan Respublikası Prezidentinin
köməkçisi-Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Ərazi-Təşkilat məsələləri
şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya

Azərbaycan Respublikasının İqtisadiyyat naziri
cənab Mikayıl Cabbarova

Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Kamran Əliyevə

Azərbaycan Sahibkarlar Konfederasiyasına

M Ü R A C İ Ə T

Ölkə Başçısı tərəfindən aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında,iqtisadıyyatın dinamik surətdə inkişafı,insanların rifahının yaxşılaşması,sabitliyin möhkəmlənməsi ilə müşayiət olunur.Ölkə Başçımızın imzaladığı dövlət programlarından,fərman və sərəncamlarından irəli gələn vəzifələrini böyük əzm və bacarıqla həyata keçirilməsi,bütün illər ərzində bir sıra kompleks xarakterli layihələrin hazırlanaraq uğurla reallaşdırılması bütün bunlar xalqımızın,dövlətimizin uğurlarını şərtləndirilən məqamlardır.
Qusar rayonu Samur qəsəbəsində qeyri-yaşayış obyektləri(yeməkxanalar,ticarət,iaşə və s.) kompakt şəkildə fəaliyyət göstərilir.
Həmin qəsəbəsində yerləşən yeməkxanalardan biri xüsusi mülkiyyət hüququ üzrə Səlimova Aytən Əliağa qızının adına qeydiyyata alınmaqla daşınmaz əmlakın reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir.(17.01.2012-ci il tarixli 2811016617 qeydiyyat nömrəli çıxarış).
Bundan əlavə Qusar rayonu Samur qəsəbəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət üzrə Xəlilov Hikmət Nəsrəddin oğlunun adına rəsmiləşdirilərək 11.06.2021-ci il tarixli 2821017031qeydiyyat nömrəli çıxarış verilmişdir.
Həmçinin eyni zamanda,Qusar rayonu Samur qəsəbəsində Mehrəliyev Sultan Əmirəliyeviçin,Alxasov Samir mehtixan oğlunun,Pirəliyev Rahib Pirəli oğlunun,Talıbov Ramin Rodin oğlunun,Ağayev Bəkir Mustafa oğlunun,Əlipulatov Pənah Əhmədbəy oğlunun mülkiyyətində qeyri-yaşayış binaları vardır.
Ayrı-ayrı orqanlar və şəxslər tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yollarla hədə qorxu gəlməklə,müəyyən təzyiqlər göstərməklə qeyri qanuni yollarla işimizə maneçilik törədilir. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulur, özlərindən uydurma metod və üsulları tətbiq edilir, dövlət ehtiyacları üçün nəzərdə tutulmuş layihələrin olduğundan obyektlərin məcburi satın alınmasını tələb edirlər,sahibkarlara və fiziki şəxslərə süni maneələr yaradılır və beləcə sahibkarlar vaxt itkisinə, təzyiqə və əsəb sarsıntısına məruz qalırlar,açıq aşkar sözün əsl mənasında sahibkarlara və fiziki şəxslərə zülm edirlər, çox böyük qanunsuzluqlara yol verilməklə hansı sahibkar ki, öz haqqını tələb edir ona qarşı müxtəlif təzyiq formalarından, hətta hədə-qorxu gəlməklə ağılasığmaz metodlardan istifadə edirlər. Bu da təbii ki, hesab etmək olar ki,həm sahibkarların işdən soyumasına gətirib çıxarır ki, nəticə etibarı ilə ciddi narazılıqlara səbəb olur,həm də sahibkarların hüquqları kobud şəkildə pozulur.Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki,”Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur,həmçinin Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsində qeyd edilir ki,”Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər,bundan əlavə olaraq dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə,dövlət tərəfindən mülkiyyət yalnız qanunda nəzərdə tutulmuş hallarda və bazar dəyərinə uyğun kompensasiya əvvəlcədən ödənilməklə alına bilər.Məlumat üçün bildiririk ki,əyər Dövlət ehtiyacları üçün nəzərdə tutulmuş layihələr nəzərdə tutulubsa,belə lahiyələrə biz heç vaxt qarşı deyilik,amma bildrmək istəyirik ki,bizə təklif etdiyi kompensasiya məbləği çox aşağıdır, bazar qiymətinə ümumiyyətlə uyğun deyildir,kompensasiya ədalətli şəkildə müəyyən edilməlidir.
Sahibkarın əmlakı toxunulmazdır,sahibkarlıq fəaliyyəti dövlət nəzarətində olmasına baxmayaraq,müəyyən orqanlar və şəxslər tərəfindən qanunun tələblərini,sahibkarlıq fəaliyyəti haqqında qanununun tələblərini kobud şəkildə pozaraq,hədə qorxu gəlməklə,özbaşınalıq etməklə sahibkarlardan qanunsuz olaraq əmlakları ələ keçirmək niyyətindədirlər.Regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi,sahibkarlıq fəaliyyətinin,keyfiyyətinin yaxşılaşdırılması əvəzinə bəzi məmurlar və yaxud digər fiziki şəxslər tərəfindən edilən qanunsuz əməllər nəticəsində sahibkarlıqla məşğul olan şəxslər sahibkarlığın inkişaf etdirilməsində acız qalıblar.
Mülkiyyət və təşkilatı-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq,xahiş olunur:

1. Bu məsələni nəzarətə götürəsiniz.
2. Bu məsələ ilə bağlı sahibkarlıq fəaliyyətinin qorunması üçün,dövlət orqanları və kənar şəxslər tərəfindən edilən təzyiqlərın qarşısının alınması məqsədi ilə xüsusi komissiya yaradılsın və araşdırılsın.
3. Vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verən vəzifəli şəxslər barəsində qanuni tədbirlərin görülməsinə və digər şəxslərinin sahibkarlara qarşı edilən qanunsuz hərəkətlərinin qarşısının alınmasına köməklik edəsiniz.
4.Xahiş edirik bu faktla bağlı bizi təcili olaraq qəbul edəsiniz.
Qeyd üçün nəzərinizə çatdırırq ki,baş verən xoşagəlməz hadisə ilə bağlı dəfələrlə müraciətlər olunmuşdur,lakin bir müsbət nəticə əldə olunmamışdır,heç bir tədbir görülmür.
Qoşma:Cənab Prezidentə ünvanlanmış müraciət

İmza: Səlimova Aytən Əliağa qızı

İmza: Xəlilov Hikmət Nəsrəddin oğlu

İmza: Mehrəliyev Sultan Əmirəliyeviçin,
İmza: Pirəliyev Rahib Pirəli oğlu
İmza: Talıbov Ramin Rodin oğlu

İmza: Əlipulatov Pənah Əhmədbəy oğlu

COP29

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv