İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a verdiyi özəl açıqlamada işğaldan azad olunan ərazilərdə iqtisadi imkanların artırılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə dövlət proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.
“İşğaldan azad olunan ərazilərə köç edən insanların iaşə obyektləri açmalarına imkan yaradılmalıdır. Yay mövsümündə uzun müddətdir həsrət qaldığımız torpaqlara gedən insanlara həmin ərazilərdə kafe və restoran kimi iaşə obyektlərinin mövcudluğu vacibdir. Bu cür obyektlər açıldıqca iş yerlərinin sayı da artacaq,” – deyə QHT sədri bildirib.
O, həmçinin qeyd edib ki, Şuşada quruculuq işləri yüksək səviyyədə aparılır, lakin daha çox iş yerlərinin açılması vacibdir. İş adamlarının Qarabağa yatırımlarını artırması ilə bölgədə toxuculuq fabrikləri və digər istehsal müəssisələrinin yaradılmasının mümkünlüyünü vurğulayıb. QHT sədri Zəngəzur dəhlizinin açılması ilə Qərbi Azərbaycana qayıdış konsepsiyasının da reallaşacağını bildirib: “Zəngəzur dəhlizi açılandan sonra həmin bölgələrdə iqtisadi canlanma daha da artacaq. Son bir ildə Qarabağda, Zəngilanda, Xankəndidə və Laçında yeni otellərin açılması ilə bölgədə yeni iş imkanları yaranır.”
Sonda R. Əliyev Laçında açılan farel məkanının restoranlara xidmət göstərdiyini və bu cür obyektlərin bölgəyə iqtisadi töhfə verdiyini vurğulayıb./qht.az
www.yenicag.az