Ramiz Mehdiyev icra başçılarına seminar keçəcək

media-hightechnic-468x90

63885Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək.

Seminara Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev rəhbərlik edəcək.

Müşavirədə icra başçıslarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar veriləcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiyalı fəaliyyəti müzakirə olunacaq.

Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cabbarov, Səlim Müslümov, Hüsenyqulu Bağırov və digər nazirlərin seminarda çıxışı gözlənilir.

Seminar 3 gün davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600