Ramzan Kadırov ABŞ-dan anasına qarşı tətbiq olunan sanksiyaların ləğvini tələb etdi

media-hightechnic-468x90

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ABŞ-dan anası Aymani Kadırova qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bununla bağlı müraciətini telegram kanalında yayıb.

R.Kadırov bildirib ki, ABŞ və Qərbin məntiqsiz sanksiya qərarlarına təəccüblənməyi artıq dayandırıb. O xatırladıb ki, anası yalnız dünyanın bildiyi xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

“Anama qarşı sanksiyaları aradan qaldırmasanız, Uca Allaha and içirəm ki, bu məsələni elə-belə qoymayacağam. Həyat yoldaşıma, uşaqlarıma sanksiya tətbiq edəndə susdum. Amma indi sizə deyirəm, əgər anama qarşı sanksiyaları ləğv etməsəniz, sizi əmin edirəm ki, bu, sizə baha başa gələcək”, – Çeçenistan rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ avqustun 24-də R.Kadırovun anasına qarşı sanksiyalar qoyub. Rusiya Prezidenti Vladimir Putin avqustun 2-də Aymani Kadırovanı “Şərəf” ordeni ilə təltif edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05