Rasim Məmmədovdan XƏBƏR VAR

media-hightechnic-468x90

Ali Məhkəmədə “BAKU STEEL COMPANY” QSC-nin keçmiş rəhbərinin kassasiya şikayətinə baxılacaq.

Yenicag.az xəbər verir ki, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məhkum olunan Rasim Hikmət oğlu Məmmədovun məhkəmə prosesi aprel ayının 4-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərəçəkmiş qsimində “BAKU STEEL COMPANY” QSC tanınıb.

Xatırladaq ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600