Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rayonlara gediş-gəliş bərpa edilir? – Açıqlama

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Bildiyiniz kimi 31 avqust saat 00:00-da ümumi karantin rejimi bitir. Yolxmaların artığı bir zamanda Sentayabrın 1-dən rayonlara gediş-gəliş açıla bilərmi?

Yenicag.az Sonxəbər.az-a istinadən xəbərinə görə, məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, rayonlara gediş-gəlişin açılması ilə bağlı ölkəmizdə koronavirus infeksiyasının yayılmasından aslı olaraq qərar qəbul olunacaq.

Ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyət stabil və nəzarət altında olsa da ancaq yoluxanların sayı kifayət qədər yüksəldi. Bu dövrdə dəqiq bir fikir söyləmək olmaz. Hamımız istəyirik ki, rayona gediş-gəliş olsun, karantin rejimi yumşaldılsın. Bunun üçün birgə mübarizə aparmalı, tövsiyələrə əməl etməliyik, ancaq bundan sonra yoluxma minimuma endikdən sonra tam yumşalmaya getmək olar.

Hazırki vəziyyət göstərirki rayonlara gediş-gəlişlərin açılması koronavirusun bölgələrə yayılma nöqteyi nəzərdən təhlükəli ola bilər. Müəyyən dərəcədə xüsusi mexanizmlərlə məhdud şəkildə açıla bilər. Ancaq bir müddət sonra bu üsullar və mexanizmlər özünü doğrultmaya bilər.

Çünki bu mexanizimdən istifadə edərək kütləvi gediş-gəlişlər virusun yoluxma risqini artıra bilər. Mən düşünürəm ki, paytaxt Bakıdan rayonlara getmək istəyənlərin sayı azalıb. Çünki artıq yay bitmək üzərədi və istirahətə getmək istəyənlərin sayı azalıb.

www.yenicag.az

278
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100