!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir - FOTOLAR

!Reklam – Yazi

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində fəallığı ilə seçilən, 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

Namizəd yanvarın 31-də Kürdmahmudlu, Hacalmuradlı və Xəlfəli kəndlərində görüşlər keçirib.

Yenicag.az xəbər verir ki, Razi Nurullayev hər zaman olduğu kimi əsas sosial, iqtisadi problemlərə toxunub vətəndaşı narahat edən bu problemlərdən çıxış yollarından danışıb.

Razi Nurullayev, bir daha uşaq pulu məsələsinə toxunaraq qeyd edib ki, bu məsələni daim diqqətdə, gündəmdə saxlayacaq və həyata keçməsi üçün əlindən gələni edəcək.

Namizəd işsizlik problemi də toxunub və platformasında yer alan İmişlidə sənaye parkının yaradılması fikrini, təklifini seçicilərə izah edib.

Razi Nurullayev həmçinin bildirib ki, hökumətə kasıblığın aradan qaldırılması üçün əhaliyə, özəlliklə kəndlilərə güzəştli biznes kreditlərinin verilməsini təklif edəcək.

Vətəndaşların haqlı olaraq deputatlara inamının qalmadığını bildirən Razi Nurullayev vurğulaylb ki, o, seçiciləri onların xəyallarındakı deputat olaraq təcübləndirəcək. Namizəd vuröulayıb ki, deputat olarsa daim vətəndaşın yanında olacaq, xalqdan güc alacaq, seçicinin səsinin haqqını verməyə çalışacaq.

Namizədin doğulub boya-başa çatdığı Xəlfəli kəndində görüşdə onun müəllimləri də çıxış edərək, Razi Nurullayevin uşaqlığından danışıb, müəllim olaraq tələbələri ilə qürur duyduqlarını dilə gətiriblər.

www.yenicag.az

1304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv