“Real”Madrid “Bavariya”ya qarşı
İsveçrənin Nyon şəhərində Çempionlar Liqası yarımfinal mərhələsi üçün püşkatma mərasimi keçirilir.
Bir neçə dəqiqədən sonra yarımfinalda kimlərin bir-birinə rəqib olacağı aydınlaşacaq. Yarımfinal mərhələsində “Real”Madrid, “Çelsi”, “Bavariya” və “Atletiko”Madrid klubları iştirak edəcəklər
Çempionlar Liqasının ilk yarımfinal cütlüyü “Real”Madridlə- “Bavariya” oldu.
“Çelsi” yarımfinalda “Atletiko”Madridi qəbul edəcək.
Çempionlar Liqasında ilk yarımfinal qarşılaşması aprelin 22-də, ikinci cütlüyün görüşü isə aprelin 23-də keçiriləcək. Cavab oyunları isə mayın 27-si və 30-na təsadüf edir.
“Real Madrid -“Bavariya” görüşünün qalibi fnal qarşılaşmasında nominal ev sahibi olacaq.
Eyni zamanda Avro Liqanın yarımfinal cütlükləri də müəyyənləşəcək. Dünən keçirilən 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra “Sevilya, “Yuventus”, “Valensiya” və “Benfika” növbəti mərhələyə çıxıblar.
Avro Liqanın ilk yarımfinal cütlüyü artıq bəlli oldu. Belə ki, “Sevilya” yarımfinalda “Valensiya”nı qəbul edəcək.
“Benfika” isə “Yuventus”la yarımfinal mərhələsndə münasibətlərinə aydınlıq gətirəcək.
“Sevilya”- “Valensiya” cütünün qalibi finalda nominal ev sahibi kimi çıxış edəcək. Yarımfinal matçının ilk oyunları aprelin 24-də cavab qarşılaşmaları isə mayın 1-də keçiriləcək(qafqazinfo.az).