!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Region ölkələrinin üzləşdikləri problemləri ətraflı müzakirə etdik” - Aqil Ələsgər Qazaxıstan mediasına danışdı

!Reklam – Yazi

Bakıda dünən keçirilmiş Beynəlxalq simpozium Qazaxıstan mediasında işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, Qazaxıstanın Dövlət İnformasiya Agentliyi “Kazİnform” Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyadan olan nüfuzlu ekspertlərin iştirakı ilə “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən dekabrın 23-də Bakıda təşkil olunan “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium haqqında geniş material yayımlayıb.

Materialda sözügedən simpoziumda Qazaxıstan təmsilçilərinin iştirakı vurğulanıb onların tədbirlə bağlı fikirlərinə yer ayrılıb.

Simpoziumda iştirak edən Qazaxıstan “Ataməkan” Milli Sahibkarlar Palatası Rəyasət Heyətinin üzvü, eyni adlı İnnovasiya Mərkəzinin sədri Murat Abenov “Kazİnform”a açıqlamasında tədbirin əhəmiyyəti haqqında ətraflı danışıb.

Abenov bildirib ki, belə simpoziumların keçirilməsi tədbirə qatılan ölkələrin politoloji və biznes strukturları arasında qarşılıqlı əlaqələrin qurulması üçün əlverişli imkan yaradır.

O, qeyd edib ki, hazırda Qazaxıstanda 700-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərsə də, Azərbaycandakı Qazaxıstan şirkətlərinin sayı 60 civarındadır.

Abenovun sözlərinə görə, “Ataməkan” qurumu və Qazaxıstan Nəqliyyatçılar İttifaqı Transxəzər nəqliyyat marşrutunun imkanlarından istifadə etməyin böyük perspektivini görür.

Simpoziumun təşkilatçılarından biri olan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə “Kazİnform”a açıqlamasında tədbir haqqında bunları deyib:

“Biz bölgə ölkələrinin qarşısında dayanan və regional təhlükəsziliklə bağlı olan siyasi-iqtisadi xarakterli kəskin problemləri ətraflı müzakirə etdik. Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirdik”.

www.yenicag.az

2669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv