Regional hərbi gərginliyin Azərbaycanın idxal bazarına iqtisadi təsirləri: İrandan gələn mallar bahalaşır

media-hightechnic-468x90

İrandan Azərbaycana idxal olunan məhsulların, xüsusilə də polietilen qablaşdırmada olan malların qiymətində kəskin artım müşahidə olunur. Bazarın bu istiqamətdəki dinamikası həm istehlakçıları, həm də sahibkarları ciddi narahat etməyə başlayıb.

media-banner_tuq

Mövzu barədə Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bahalaşmanın pərdəarxası səbəblərinə aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, qiymət artımı birbaşa İrandakı istehsal böhranı və infrastruktur problemləri ilə bağlıdır:

“İrandan gələn malların bahalaşmasının ciddi səbəblərindən biri qablaşdırma materiallarının qıtlığıdır. Belə ki, müharibə və hərbi gərginliklər zamanı polietilen qablaşdırma materiallarının istehsal olunduğu müəssisələr dağıdılıb. Bundan əlavə, hazırda İranda elektrik enerjisinin verilməsində də müəyyən problemlər yaranıb ki, bu da birbaşa istehsalın aşağı düşməsinə səbəb olub. Nəticədə qonşu ölkədə qablaşdırma materialları az tapılır, tapıldıqda isə qiyməti xeyli baha olur. Bu zəncirvari proses isə Azərbaycana satılan məhsulların qiymətinin yüksəlməsinə gətirib çıxarıb”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05