!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda gərginlik TƏHLÜKƏSİ: “Rusiya bölgədə yenidən aktivləşib”

!Reklam – Yazi

“Rusiya bölgədə yenidən aktivləşib və Zəngəzur dəhlizini aktuallaşdırdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin yenidən gündəmə gətirilməsini, gərginliyin artmasını şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya regionda isti münaqişə istəyir.

“İki ay bundan əvvələ qədər Rusiyanı sülhyaratma prosesindən bir növ uzaqlaşdırmışdılar. Ermənistanla da Rusiyanın münasibətləri çox gərgin idi. Rusiya bölgədə yenidən aktivləşib və Zəngəzur dəhlizini aktuallaşdırdı”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, İran bildirir ki, Şimal-Cənub layihəsində Azərbaycanın olmasını istəmir.

“İran yükləri Bəndər-Abbas limanından dəmiryolu vasitəsi ilə Ənzəli limanına gətirəcəyini, oradan da bərələr vasitəsi ilə Rusiyaya göndərəcəyini deyir. Bundan əlavə, İran Zəngəzur dəhlizində rəyinin nəzərə alınmalı olduğunu bəyan edir”.

O vurğulayıb ki, Rusiya regionda isti müharibə yaratmaq istəyir:

“Belə olan təqdirdə, regiona ABŞ, Fransa, NATO gələcək. Belə olarsa, region iflic olacaq. Ümid edək ki, üçüncü tərəflərin istədikləri baş tutmasın”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv