Rəşad Bayramov “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri oldu

12650480_1034223376634836_415309137_n“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov estafeti Rəşad Bayramova ötürüb.

Sözügedən kampaniyanın yeni rəhbəri Rəşad Bayramov Azərbaycan Dillər Universitetinin Regionşünaslıq (Amerikaşünaslıq) ixtisasının 3-cü kurs tələbəsidir. O, bu günə qədər təhsil aldığı ali məktəbin ictimai işlərində və kampaniyanın icra etdiyi layihələrdə fəallıq göstərib. 2015-ci ildə universitetin nəzdində fəaliyyət göstərən “ADU TGT Diplomat” klubunun sədri olub.

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası Azərbaycanın paytaxtı və regionlarında gənclərin, xüsusən tələbələrin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir.