Rəşad Sadıqov çempion oldu - Baş məşqçi kimi

media-hightechnic-468x90

19 yaşlılardan ibarət komandalar arasında 2016/2017 mövsümünün qalibinin adına aydınlıq gətirilib.

Yeniçağ.Az xəbər verir ki, sona iki tur qalmış ən yaxın izləyicisi “Qəbələ” üzərində 3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğunu rəsmiləşdirib.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu qələbədən sonra xallarının sayını 84-ə yüksəldərək, “qırmızı-qaralar” üçün əlçatmaz olub.

Qeyd edək ki, eyni zamanda Ağdam klubunun kapitanı olan Sadıqov əsas komandada mövsümü “qızıl dubl”la başa vurub.

Yeniçağ.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600