!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakı ilə fars rejimi arasında gərginlik: "İran Azərbaycanın dostları ilə düşmən, düşmənləri ilə dostdur" - MÖVQE

!Reklam – Yazi

“Azərbaycan bütövləşmə yolunu gedir və bunu Azərbaycan xalqı xorla deməlidir”.

Bu sözləri İran-Azərbaycan arasındakı gərginlik və Azərbaycan tərəfinin tutmalı olduğu yolu dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, İran Azərbaycanın dostları ilə düşmən, düşmənləri ilə dostdur:

“Dünyaya kimin hansı bucaqdan baxması onun öz işidir. Bizim özümüzün baxış bucağımız var. Bizim baxış bucağımız dünyanın İrana tətbiq etdiyi sanksiyalara bəraət qazandırır.

İranda şovinist düşüncə hakimdir. İran Azərbaycanın dostları ilə düşmən, düşmənləri ilə dost xəttini tutub. İslam təəssübkeşliyi burada siyasi alət kimi istifadə olunur. Uzun zamandır Azərbaycan təhdid olunur. 30 ildən çoxdur ki, millət olaraq haqqımızı dilə gətiririk. O taylı, bu taylı xalqların birləşmək haqqı var. Bölünmüş xalq Azərbaycan xalqıdır. Biz birləşmə yolunda mübarizəmizi aparmalıyıq.

Gərginlik qaçınılmazdı, olmalı idi. Güney Azərbaycanın istiqlalı ilə bağlı uzun zamandır içəridə proseslər gedir. Bütün hallarda Azərbaycan bütövləşmə və birləşmə haqqından imtina etməyəcək, proses o istiqamətdə gedəcək. Bəziləri deyir ki, indi zamanı deyil, qıcıqlandırmayaq. İran qıcıqlanır, dünəndən qıcıqlansın. Azərbaycanın yolu bütövlük yoludur. Bu istiqamətdə meyillər var. Ancaq bu işi diletantlara vermək olmaz”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv