Rəsmi Moskva BMT-nin tədbirini təxribat adlandırdı

media-hightechnic-468x90

59770BMT-nin Təhlükəsizlik Şurası Krımdakı vəziyyətə dair bu gün qapalı iclas keçirir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Litvanın təşəbbüsü ilə keçirilən bu qeyri-rəsmi iclasa Moskva qatılmayacaq və bunu “səmərəsiz və təxribat məqsədli” addım hesab edib.

İclasda Krım tatarlarının lideri Mustafa Dzemilevin çıxışı gözlənilir. O islasdan əvvəl deyib ki, krım əhalisi qorxu içində yaşayır və sağ qalmağa çalışırlar.

Rusiya prezidenti Vladimir Putin martın 18-də Moskvada Krımın ihlaqının 1 illiyi ilə bağlı keçirilən aksiyada bildirib ki, Rusiyanın Krımı ilhaqı oradakı etnik rusları qorumaq və millətin “tarixi köklərini” bərpa etmək məqsədilə atılan addım olub: “Qərb Rusiyaya bir sıra sanksiyalar tətbiq edib. Biz bütün çətinliklərin öhdəsindən gələcəyik.”

Xatırladaq ki, bir il əvvəl Rusiya Ukraynanın Krım ərazisini anneksiya edib. Beynəlxalq ictimaiyyət tərəfindən Kremlin bu addımı kəskin pislənilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600