Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası əsaslı şəkildə təmir olunacaq.
Yenicag.az xəbər verir ki, təmirin ilkin mərhələsi üçün 19 milyon 381 min manat nəzərdə tutulub.
Bununla bağlı tender elan edilib.
Tenderdə xəstəxananın inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması (I Mərhələ) nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da açıqlama verərək xəstəxananın təmirə ehtiyacı olduğunu bildirmişdi.
TƏBİB-in iyunda yaydığı açıqlamada isə xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürüləcəyi bildirilmişdi.
Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri isə birinci korpusa yerləşdirilir.
Xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya, Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olmasıdır./Qafqazınfo/
www.yenicag.az