Rəsul Rzanın əsərləri qırğız dilində

media-hightechnic-468x90

uyjoRəsul Rzanın seçilmiş əsərlərinin iki cildliyinin birinci cildi qırğız dilinə tərcümə edilib. Bu barədə məlumatı  Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti  Nüsrət Məmmədov verib.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi və maliyə dəstəyi ilə tərcümə olunan cildlik bu yaxınlarda işıq üzü görəcək. 500 tirajla nəşr ediləcək kitabın pulsuz yayılması nəzərdə tutulur.

Azərbaycan ədəbiyyatının Qırğızstanda təbliğində kitabın mühüm rolu olacaq. Bütün kitabxanalara kitabın nüxsələri hədiyyə ediləcək. Kitabı qırğız dilinə tanınmış şair- tərcüməçi Mukan Asanaliyev tərcümə edib. Kitabın təqdimat mərasimi avqust- sentyabr aylarında nəzərdə tutulub.

Qeyd edək ki bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi və maliyə dəstəyi ilə tərcümə olunub nəşr etirdiyi 58 –ci kitabdır. Fondun sifarişi və maliyə dəstəyi ilə nəşr edilən bütün kitablar pulsuz olaraq yayılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa