!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsulzadənin daha bir nadir FOTOsu üzə çıxdı

!Reklam – Yazi

Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, 1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto feysbukda “Auksion/Hərrac” səhifəsində həraca çıxarılıb.

Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”.

Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Ehtimal olunur ki, foto Rəsulzadənin arxivindən götürülüb.

Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

İlkin hərrac qiyməti 10 AZN müəyyənləşdirilən fotoya hazırda 400 AZN təklif olunur./“Qafqazinfo” /




www.yenicag.az

274
Ads
www.veteninfo.com
!Reklam – Arxiv