Revanşistlərin ŞOK PLANI: “Paşinyanı devirib hakimiyyətə gəlsələr belə...”

media-hightechnic-468x90

“Revanşistlər, hətta Paşinyanı devirib hakimiyyətə gəlsələr belə, Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklər”.

Bu sözləri Ermənistanda müxalif düşərgənin Ermənistan-Azərbaycan arasındakı razılaşmaya qarşı çıxmaları və bunun verəcəyi nəticələri Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

O, bildirib ki, Ermənistandakı revanşistlər Rusiyanın təsir dairəsindədirlər:

“Ermənistanla Azərbaycan rəhbərliyi arasındakı Vaşinqton razılaşmasından sonra müxtəlif düşərgələrdə olan erməni siyasətçiləri pessimist bəyanatlar verirlər. Bu da səbəbsiz deyil. Onlara bu gərginliyin olması lazımdır ki, növbəti seçkilərdə Paşinyanı kənarlaşdıra bilsinlər. İkinci tərəfdən, onlar həm də Rusiyanın təsir dairəsindədirlər. Eyni zamanda özlərinin ideologiyaları budur”.

“Onlar revanşist əhval-ruhiyyədən əl çəkməyiblər. Əvvəlki siyasətlərini davam etdirirlər. Dövr dəyişib, zaman keçib, vəziyyət fərqlidir. Bütün bunlara baxmayaraq, Rusiya tərəfdən təxribat gözləmək lazımdır. Hesab etmirəm ki, revanşistlərin prosesi dəyişməyə gücü çatsın. Hətta Paşinyanı devirib hakimiyyətə gəlsələr belə, Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklər. Öz dövlətlərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Ən yaxşı variant mövcud reallığı qəbul etməkdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa