Roma Papası Fransisk bu gün dəfn olunur

media-hightechnic-468x90

Bu gün İtaliyanın paytaxtında Papa Fransisklə vidalaşma mərasimi keçiriləcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səhər Vatikandakı Müqəddəs Pyotr meydanı yenidən ziyarətçilər üçün açılıb – məhz burada bir neçə dildə ayin keçiriləcək. Kilsə xidmətini yerli vaxtla saat 9:00-da kardinallar kollegiyasının dekanı Covanni Battista Re başlayacaq.

 

Mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir. Bir saat yarım davam edəcək ayindən sonra pontifikin cəsədi olan tabut Müqəddəs Pyotr kilsəsinə gətiriləcək, oradan da matəm qəfiləsi başlayacaq.

 

Dəfn yerinə gedən marşrut Romanın mərkəzindən keçəcək. Qəfilə Venesiya meydanı, Roma Forumu və Kolizeyin yanından keçəcək və günorta vaxtı Santa-Maria-Maggiore kilsəsinə çatacaq. Dəfn mərasiminin özü ictimaiyyətin iştirakı olmadan keçiriləcək. Mərasimi küçədən və şəhərdə quraşdırılmış böyük ekranlardan izləmək mümkün olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600