Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO

media-hightechnic-468x90

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində ənənəvi ayaqyuma ayinini icra edib.

Yenicag.az xəbər verir ki, dini mərasim Romada olan qadın həbsxanasında baş tutub.

Papa Fransisk müxtəlif ölkələrdən olan 12 qadın məhbusun ayaqlarını yuyub.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600