Ronaldo da “Real”a qayıdır? – Klub prezidenti açıqladı

Zinəddin Zidanın yenidən “Real”ın “sükanı arxası”na keçməsindən sonra Kriştiano Ronaldonun da Madrid klubuna qayıdacağına dair müzakirələr başlayıb.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Perez “Yuventus”un futbolçusunun qayıdıb-qayıtmayacağına dair məsələyə münasibət bildirib.

O, bunu təkzib edib: “Kriştiano indi olmalı olduğu yerdədir, hər şeyi qaydasındadır”.